Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

Sosial

31 İyul 2021 10:27 7082


Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Yenisabah.az-ın məlumatına görə, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: pizza mizza

 “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!