Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Sosial

17 Aprel 2024 18:18 333


Bakının 12 nömrəli şəhərdaxili, Sumqayıt-Qusar və Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilib.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. pizza mizza

Sənədlər 16 may saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov - (050) 855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya dörd lot üzrə mayın 23-də baxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!