Azərbaycanda bir sıra şəxslərin maaşı artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir sıra şəxslərin maaşı artırılacaq

Sosial

28 İyul 2026 14:32 1457


Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur.

“Yeni Sabah” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı Modern.az-a deyib.

Onun sözlərinə görə, hazırda kitabxana sistemində aparılan dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir çağırışlara uyğun fəaliyyət göstərməsini təmin etməkdir. Pepperoni pizza

V.Qurbanzadə bildirib ki, optimallaşdırma yalnız kitabların əlçatanlığının artırılması, beynəlxalq standartlara uyğun xidmətlərin təşkili və kitabxana fondlarının zənginləşdirilməsinə xidmət edir.

Şöbə müdiri qeyd edib ki, bu proses çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetiriləcək:

"Kitabxana əməkdaşlarının peşəkarlığının təmin olunması məqsədilə attestasiyadan keçmiş əməkdaşların kurslara cəlb olunması və optimallaşma prosesindən sonra kitabxana əməkdaşlarının əməkhaqqılarının artırılması istiqamətində Mədəniyyət Nazirliyinin müəyyən planları var. Bu proses başa çatdıqdan sonra həmin planların tətbiqi nəzərdə tutulur".

V.Qurbanzadə əlavə edib ki, hazırda kitabxana sistemində çalışan digər əməkdaşların attestasiyası ilə bağlı hələlik hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1 100 əməkdaş attestasiyaya cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!