Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

İqtisadiyyat

10 İyul 2026 17:03 168


“Hazırda ölkəmizdə biznesə yeni başlayanlar üçün ən perspektivli sahələr elektron ticarət, rəqəmsal xidmətlər (xüsusilə SMM və rəqəmsal marketinq), loqistika, kənd təsərrüfatı, eləcə də turizm, təhsil və peşə hazırlığıdır. Eyni zamanda süni intellekt və İT (informasiya texnologiyaları) həlləri də böyük potensiala malik istiqamətlər sırasındadır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, riskli bizneslərə gəlincə, bu gün həm ölkəmizdə, həm də dünyada yüksək investisiya tələb edən və bazarda böyük rəqabətin mövcud olduğu sahələr daha çox risk daşıyır: pizza sifarişi

“Məsələn, restoranlar, əyləncə obyektləri, iri ticarət mərkəzləri, premium geyim mağazaları və tikinti layihələri ciddi maliyyə vəsaiti tələb edən və risk faizi yüksək olan istiqamətlərdir.

Uğurlu biznes yalnız ideyadan ibarət deyil. Bura həm də düzgün bazar analizi, dəqiq maliyyə planlaması və peşəkar idarəetmə daxildir. Təəssüf ki, müasir gənclər biznes qurarkən bir sıra ciddi səhvlərə yol verirlər.

Məsələn, bazar araşdırması aparmadan işə başlayır və düşünürlər ki, kimdəsə uğurlu alınmış bir modeli eynilə təkrar etməklə eyni uğuru qazana bilərlər. Digər bir fundamental səhv isə maliyyə planlaşdırılmasının zəif olması və ya bütün kapitalın elə ilkin mərhələdə xərclənməsidir.

Peşəkar məsləhətlərindən yararlanmamaq da uğursuzluğun əsas səbəblərindəndir. Bundan əlavə, bəzi sahibkarlar qısa müddətdə yüksək gəlir gözləyirlər, lakin biznesin sabit gəlir gətirməsi üçün müəyyən zaman tələb olunur”.

Ekspert qeyd edib ki, kiçik büdcə ilə fəaliyyətə başlamaq üçün ən yaxşı seçim xidmət sektoru və rəqəmsal iqtisadiyyatdır:

“Onlayn satış, sosial media idarəçiliyi (SMM), dizayn, proqramlaşdırma, rəqəmsal marketinq, fərdi tədris, foto-video xidmətləri və əl işlərinin satışı kimi sahələr minimal investisiya tələb edir. Lakin bu sahələrdə uğur qazanmaq üçün yüksək təcrübə və peşəkarlıq şərtdir.

Hazırda uğurlu biznes qurmaq üçün böyük kapitala deyil, innovativ yanaşmaya, fərqli ideyalara və yeni texnologiyaların tətbiqinə ehtiyac var. Ona görə də gənclər ilk növbədə bazarı sınaqdan keçirməli, müştəri bazası formalaşdırmalı və yalnız bundan sonra fəaliyyətlərini mərhələli şəkildə genişləndirməlidirlər. Ümumiyyətlə, biznes mühiti günü-gündən daha da rəqabətli xarakter alır, bu səbəbdən düzgün istiqamət seçmək və strateji addımlar atmaq olduqca vacibdir”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!