Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azalıb

Sosial

29 Dekabr 2022 20:47 834


Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Bu il ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb. Marqarita pizza

Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.

Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!