Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda bu kəndin elektrik şəbəkəsi tam yenilənir  - Video
08 Dek 2021 12:23
301

Azərbaycanda bu kəndin elektrik şəbəkəsi tam yenilənir - Video

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən Kərimbəyli kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, 1200-dən çox abonentin yaşadığı kənd ərazisində 17 km-dan çox 10 kV-luq xətt tamamilə yenilənib,16 km-dan artıq 0,4 kV-luq elektrik xətləri özünüdaşıyan izolyasilyalı naqillərlə əvəzlənib. Müasir tipli Komplekt Transformator Məntəqələri quraşdırılıb. Bütün abonentlərin elektrik sayğacları yenilənib.

Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər