Azərbaycanda bu məhsulların qiyməti artdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu məhsulların qiyməti artdı - Video

Sosial

06 Sentyabr 2022 23:46 2161


Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.

Yenisabah.az xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib. Sezar pizza

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirilib ki, qiymət artımının bir neçə səbəbi var.

Qeyd edilib ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.

Daha ətraflı süjetdə:

/Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!