Azərbaycanda bu özəl klinikanın lisenziyası dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu özəl klinikanın lisenziyası dayandırıldı

Sosial

09 Aprel 2024 10:21 1593


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, mərkəzdən Axar.az-a verilən məlumata görə, yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin - Medicare Klinikası MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!