Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən...

Sosial

31 Yanvar 2022 15:26 2256


"Dünya ölkələri Omikron ştamı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, epidemioloji vəziyyətə uyğun addımlar atıla bilər".

Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.

Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur: "Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştamı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştamlar isə bir neçə gün ərzində özünü göstərirdi. Marqarita pizza

Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!