Azərbaycanda bu şəxslərə ömürlük diplomatik pasport veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə ömürlük diplomatik pasport veriləcək

Sosial

23 Yanvar 2022 12:48 2270


Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əskini tapıb.

Qanuna əsasən, XİN tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport təqdim edəcək. pizza hut

Eyni zamanda qanuna görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!