Azərbaycanda bu şəxslərə viza almaq   DAHA ASAN OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə viza almaq DAHA ASAN OLACAQ

Siyasət

30 Sentyabr 2026 12:32 103


Milli Məclisin bu gün baş tutan iclasında Miqrasiya Məcəlləsinə təklif edilən yeni dəyişiklik layihəsi müzakirə olunub. Layihəyə əsasən, ölkəmizdə rəqəmsal səyyahlara işgüzar səfər vizasının verilməsi nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, sənəddə xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs olan rəqəmsal səyyah anlayışı da dəqiqləşdirilib. Bu kateqoriyaya rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyətini İKT vasitəsilə distant (uzaqdan) icra edən və gəlirlərini xarici mənbələrdən qazanan şəxslər daxildir.

Yeniliyə əsasən, rəqəmsal səyyahlara işgüzar viza rəsmiləşdirilərkən dəvət edən tərəfin xüsusi vəsatəti və səfər səbəbini təsdiq edən sənədin təqdim edilməsi tələb olunmayacaq. Dördpendirli pizza

Təklif olunan dəyişikliklər təsdiqlənəcəyi təqdirdə 1 yanvar 2027-ci ildən etibarən hüquqi qüvvəyə minəcək.

Qanun layihəsi deputatlar tərəfindən səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!