Azərbaycanda bu şəxslərin aldığı müavinət ARTIRILACAQ - YENİ MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərin aldığı müavinət ARTIRILACAQ - YENİ MƏBLƏĞ

Sosial

07 Yanvar 2024 12:50 40660


2024-cü ildə yaşayış minimumunun artırılması yaşa görə verilən müavinətlərin də artırılmasını zəruri edir. 

Sfera.az xatırladır ki, bu ildən pensiyaçılar üçün yaşayış minimumunun məbləği 222 manat müəyyən olunub. 

Bu məbləğ yaşa görə verilən müavinətlərin məbləğindən çoxdur. Hazırda yaşa görə müavinət alanlara hər ay 220 manat ödənilir.  pizza mizza

“Yaşayış minimumu haqqında” Qanun əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində, pul gəlirlərinin indeksləşdirilməsində istifadə edilir. Bu təyinata əsasən, pensiyaçılar üçün yaşayış minimumu artdıqda müavinətlərin də ona uyğunlaşdırılması vacibdir. 

Qeyd edək ki, yaşa görə müavinət yaşa görə pensiyaya çıxa bilməyənlərə verilir. Son illərdə bu müavinəti alanların sayı sürətlə artır. 2017-ci ildə 29,2 min insan yaşa görə müavinət aldığı halda, 2023-cü ildə 135 mindən çox insan yaşa görə müavinət alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • NÜYBAR
    XAİŞ EDİRƏM YUXARIDA ƏYLƏŞƏNLƏRDƏN HEÇ OLMASA DƏRİNDƏN DÜŞÜNÜB PULU ARTIRARDIZ DEYİN GÖRÜM 2 MANATLA NƏ ALA BİLƏRSİZ ? İŞIQ ,QAZ, SU PULUNU NECƏ ÖDƏYƏK 200 MANATA CAMAHAT BİR AYAQQABI ALIR NEFTİMİZ BOL, Qazımız bol havayı işlədirik. 200 manatla 1 bazarlıq etmək olmur xaiş edirik PREZİDENTİMİZDƏN HEÇ OLMASA QAZ İŞIQ SUYN PULUN HAVAYI EDİN HANSI ƏSİRDƏ YAŞAYIRIQ 2 Mnat artım ????
    2 years ago
  • Haluk
    Allah insafinizi kessin .burdan cixib getmekden bawqa yolum qalmiyib
    2 years ago
  • Eziz
    O pensiya artiranlar utanmir milleti dolamaqdan heç olmasa bu xeberi yazanda siz utanmadiz? 2 manat gör ne güne qalib bizim camahat Vallah ayibdi insanda vicdan yaxşi şeydi mene 80 manati çox horen parlamentden 2 manat artim gormey hecde tecublu deyil
    2 years ago
  • Gulay
    Qarabağ müharibəsi veteranları atmayacaq yenə?
    2 years ago
  • Aynurə
    Vallah söz tapa bilmirəm deyim ki içime ferahlık gelsin
    2 years ago
  • Aysen
    Insafiniz olsun hec olmaya 1 mesok unun qiymeti qeder artirardiz yaziq deyil bu millet ama sosial almayanlarda var olarada bir care edin ailede xestesi olan var
    2 years ago
  • Rəna
    Ayibdi vallah iki manat artirmadansa qaz pulunu salardilar asagi limiti goturərdiler
    2 years ago
  • Sakin
    Salam 222 Aznle Qaz Su İsig Borclarını Necə Ödəmək Olar Fikirləsde Hələ Geyimi Demirəm Və Erzaqi Demirəm Xeyir Şeri Demirəm Sız Gərək 222+222 Gelmelisizki Biz Problemlərdən Çıxa Bilək Diqqətiniz Üçün Tesekkur
    2 years ago
  • Əliyeva Sevinc
    Salam bəs yetim uşaqların müavinatları niyə artmır.Bu üşaqların taleyini düşûnən var.Bu uşaqlar yemək yemir.Boyüyəndə gələcəklər ki ver uşağıvı əsgər aparım .Bəs dövlət bu uşaqlara nə edib necə baxıb bir düşünün
    2 years ago
  • Samir
    220 manatla ag gune cixmisdiq. 222 manatla daha yaxsi yasayacagiq.
    2 years ago
  • Etibar
    Çox niyə lazımdır belə büdcəyə ziyan vururlar
    2 years ago
  • Kama
    2 azn artdı?
    2 years ago
  • Kama
    2 azn artdı?
    2 years ago