Mingəçevir Dövlət Universiteti imicinin və nüfuzunun modernləşdirilməsi məqsədilə rebrendinq həyata keçirib.
“Yenisabah.az” universitetin rəsmi internet səhifəsində yerləşdirilən məlumata istinadən xəbər verir ki, MDU-nun imicinin və nüfuzunun modernləşdirilməsi məqsədilə rebrendinq həyata keçirilib və universitetin yeni korporativ stili təsdiq olunub. Yeni loqoda şərti olaraq universitetin yerləşdiyi şəhərin – Mingəçevirin baş hərfini əks olunub. Bununla yanaşı, loqonun kitab formasında olması ilə universitetin uğurlu gələcəyə açılan qapı olduğununun əks olunması nəzərdə tutulub.
Saytda yer alan məlumata görə, yeni korporativ stildə universitetin rəngləri sarı və mavi rəng seçilib. Sarı rəng enerji rəmzi olan Günəşi, mavi rəng isə Kür çayını bildirir. pizza sifarişi

Telegram kanalımız