Azərbaycanda cərimələrin silinməsi mümkündürmü? – Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda cərimələrin silinməsi mümkündürmü? – Deputatdan açıqlama

Sosial

03 İyun 2026 16:31 153


Qazaxıstanda ümumi məbləği 17 milyard tengedən çox olan 1 milyondan artıq ödənilməmiş cərimənin silinməsi planlaşdırılır. Daxili işlər nazirinin müavini Sanjar Adilovun sözlərinə görə, inzibati əfv 500 mindən çox vətəndaşı əhatə edə bilər. Əsasən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr silinəcək, lakin ağır və təkrar hüquqpozmalar bu əfvə daxil edilməyəcək.

Bəs, Qazaxıstanda tətbiq ediləcək bu təcrübənin Azərbaycanda da həyata keçirilməsi mümkündürmü? Azərbaycanda cərimələrin əfv olunması və ya silinməsi gündəmə gələ bilərmi?

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Azxeber.com-a açıqlamasında bildirib ki, Azərbaycanda cərimələrin əfv edilməsindən daha çox onların mərhələli şəkildə ödənilməsi mexanizminin genişləndirilməsinə ehtiyac var. Marqarita pizza

Deputatın sözlərinə görə, Qazaxıstanda qəbul edilən qərar həmin ölkənin konkret dövr üzrə sosial və iqtisadi şərtləri nəzərə alınaraq verilib:

"Azərbaycanda cərimə siyasəti əsasən qanunlara əməl olunmasını təmin etməyə yönəlib. Bununla yanaşı, vətəndaşların cərimələrlə bağlı narahatlıqları da başadüşüləndir. Xüsusilə iqtisadi çətinliklər fonunda bəzi hallarda cərimələrin ödənilməsi ilə bağlı güzəştlərin tətbiqi və ya mərhələli ödəmə mexanizmlərinin genişləndirilməsi daha balanslı yanaşma ola bilər. Eyni zamanda, alternativ seçim imkanı olmayan yerlərdə tətbiq edilən cərimələrə də yenidən baxılması mümkündür”.

R.Nurullayev hesab edir ki, əsas məqsəd həm intizamın qorunması, həm də sosial həssaslığın nəzərə alınması olmalıdır:

"Ən doğru yanaşma qanunlara riayət olunmasını təmin etməklə yanaşı, sosial vəziyyəti də nəzərə almaqdır. Bu baxımdan ümumi məsuliyyət prinsipinə xələl gətirmədən müəyyən kateqoriyalar üzrə məhdud və məqsədli güzəştlərin müzakirə olunması mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!