Rəsmi Bakı 4 ermənini İrəvana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı 4 ermənini İrəvana təhvil verdi

Siyasət

14 Yanvar 2026 16:43 1838


Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində paylaşım edib.

O bildirib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Bu proses həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktiki nəticələrindən biridir.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur.

"Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir", - Baş nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!