Azərbaycanda da 4 günlük iş həftəsi tətbiq olunacaq? -  Nazirdən AÇIQLAMA
14 Okt 2019 10:06
2992

Azərbaycanda da 4 günlük iş həftəsi tətbiq olunacaq? - Nazirdən AÇIQLAMA

"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər".

"Yeni Sabah" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqilə bağlı sualları cavablandırarkən bildirib.

S.Babayev qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir:

"4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil:

"Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

/Modern.az

Oxşar xəbərlər