Azərbaycanda da maskalar pulsuz paylana bilər? - Açıqlama
08 Apr 2020 18:41
260

Azərbaycanda da maskalar pulsuz paylana bilər? - Açıqlama

"Tibbi maskaların əhaliyə ödənişsiz paylanması planı gündəlikdə deyil."

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

"Maskalar həkimlərə, xəstələrə, polisə, gömrük və digər dövlət orqanlarına ödənişsiz olaraq paylanılır. Bizdə maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar onu ala bilməsinlər." deyə o, əlavə edib.

Hökümət rəsmisi bildirib ki, maskalarla bağlı qıtlıq olsa da artıq bu problem aradan qaldırılır. 

Oxşar xəbərlər