Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılır

Sosial

08 İyul 2026 14:30 68


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2026-cı ilin Yol Xəritəsinin təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi işçi qrupunun onlayn iclasında dövlət və özəl sektor nümayəndələri bir araya gəlib.

 “Yeni Sabah” rəsmi mənbəyə əsasən xəbər verir ki, iclasda ötən il görülən işlər hesabat şəklində diqqətə çatdırılıb və qarşıdakı hədəflər ətrafında geniş müzakirələr aparılıb. Təqdim olunan yeni Yol Xəritəsi ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasını və əmlak idarəçiliyində şəffaflığı hədəfləyir. Sənəddə diqqət çəkən əsas məqamlar bunlardır:

Tam elektronlaşma: Daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən bütün xidmətlərin tamamilə rəqəmsallaşdırılması; Dominos pizza

Özbaşına tikintilərin nizamlanması: Qanunsuz və ya özbaşına tikililərlə bağlı mövcud vəziyyəti tənzimləyəcək yeni normativ-hüquqi akt layihəsinin hazırlanması;

Məlumatlara açıq çıxış: Dövlət reyestrindəki əmlak məlumatlarına əlçatanlığın və şəffaflığın maksimum təmin edilməsi.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov hazırda daşınmaz əmlakın qeydiyyatı və kadastrı istiqamətində icra olunan irimiqyaslı layihələr barədə məlumat verib.

Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə işçi qrupunun qarşısında duran əsas vəzifələri xatırladaraq, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin gücləndirilməsi üçün Yol Xəritəsindəki tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!