Azərbaycanda dəhşət: 17 yaşlı qız məzun məclisində bıçaqlandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşət: 17 yaşlı qız məzun məclisində bıçaqlandı - VİDEO

Kriminal

21 İyun 2021 09:28 2304


Sabirabadda məzun olan qız bıçaqlanıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. pizza mizza

Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!