Bərdədə dəhşətli qəza: Traktor kanala aşdı, sürücü boğulub öldü
07 İyl 2020 21:58
286

Bərdədə dəhşətli qəza: Traktor kanala aşdı, sürücü boğulub öldü

Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə “Yuxarı Qarabağ” su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar. A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər