Azərbaycanda doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir?

Sosial

25 May 2024 09:34 449


Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb. 

Bakupost.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb. 

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.  pizza hut

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. 16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır. 

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!