"Azərbaycan, əsasən Əfqanıstan və Orta Asiya, Yaxın Şərq və Şərqi Avropa ölkələrindən olan 1616 qaçqına ev sahibliyi edir".
Yenisabah.az xəbər verir ki, bu fakt BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyinin hesabatında yer alıb.
Xatırladaq ki, bundan əvvəl Dövlət Miqrasiya Xidmətindən Yenisabah.az-ın özəl sorğusuna cavab olaraq bildirilib ki, "Taliban" hərəkatının ölkədə nəzarəti ələ keçirməsindən sonra Əfqanıstandan Azərbaycana yeni qaçqın dalğası qeydə alınmayıb. Dominos pizza
“Hələ ki Xidmətə Əfqanıstan vətəndaşlarının Azərbaycana gəlişi ilə bağlı məlumat daxil olmayıb. Belə hal olduqda Dövlət Miqrasiya Xidməti öz səlahiyyətlərinə uyğun işlər görəcək. Pandemiya səbəbindən son dövrlər Azərbaycan qaçqın statusu ilə gələnlər demək olar ki, yoxdur", - deyə bu həftə xidmətdən Yenisabah.az-a bildirilib.
“Hazırda ölkədə əvvəlki illərdən müraciət etmiş və qaçqın statusu almış 9 əfqan ərizəçi var”, - deyə Dövlət Miqrasiya Xidmətindən əlavə olunub.
Telegram kanalımız