Azərbaycanda evlilik yaşı artıb: son 30 ilin rekordu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda evlilik yaşı artıb: son 30 ilin rekordu

Sosial

30 Sentyabr 2021 14:12 1108


Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Bu yaş həddi son 30 ildə hətta ən yüksək səviyyəyə çatıb.

Yenisabah.az xəbər verir ki, Bakupost.az-ın apardığı təhlillərə əsasən, bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Amma 2020-ci ildə qeydə alınan göstərici həmin rekordu da yeniləyib.

Belə ki, ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərin yaşı isə 30 olub. Marqarita pizza

Ölkədə bundan əvvəl qadınlar arasında nikaha daxil olanların orta yaşının ən yüksək olduğu illər 1990, 2004, 2005, 2011-ci illər (23,7 yaş) və 2019-cu ildə (24,7) olub.

Kişilər arasında isə nikaha daxil olanların orta yaşının bundan əvvəl ən yüksək olduğu illər 2018, 2019-cu illər olub. 2018-ci ildə ölkədə kişilər arasında nikaha daxil olanların orta yaşı 29 olduğu halda, 2019-cu ildə bu yaş göstəricisi 29,4 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!