Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək - Foto

Sosial

30 Aprel 2021 18:11 948


44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin və müharibə ilə bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" televiziyasının reportyoru Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Yenisabah.az xəbər verir ki, "Fulya" adlı ekran əsərinin ssenari müəllifi və rejissoru kinorejissor Tahir Tahirovicdir.

Filmdə F.Öztürkün və müharibə dövründə onunla birlikdə Azərbaycanda, xüsusən də cəbhə bölgəsində çəkilişlər aparan operatorun lentə aldığı və indiyədək yayımlanmayan 11 saatlıq video materiallardan istifadə ediləcək. Dominos pizza

Ekran əsərinin çəkilişlərinə bu ilin iyun ayında "CNN Türk"ün İstanbul şəhərində yerləşən baş ofisində start veriləcək, sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam etdiriləcək. Filmin çəkilişləri Şuşada yekunlaşacaq.

Layihə “Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalıdır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!