Azərbaycanda gözlənilməz artım – Rəqəmlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gözlənilməz artım – Rəqəmlər açıqlandı

İqtisadiyyat

09 Oktyabr 2026 16:35 258


Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 9 ayda 23,3 milyard manatı ötüb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 51,7 milyon manat və ya 15,1 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 116 min 908 belə aparat quraşdırılıb. pizza sifarişi

Yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ticarət dövriyyəsinə nəzarətin gücləndirilməsinə imkan yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!