Azərbaycanda gündə 50-60 zəlzələ qeydə alınır - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gündə 50-60 zəlzələ qeydə alınır - Rəsmi

Sosial

06 Dekabr 2021 09:58 472


Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

"Lakin bu zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur və heç bir təsiri də yoxdur" - deyə, o bildirib. Pepperoni pizza

Baş seysmoloq zəlzələlərlə bağlı öncədən proqnozların verilməsi məsələsinə də aydınlıq gətirib.

"Zəlzələ ilə bağlı qısamüddətli proqnozun verilməsi məsələsi yüz illərdir ki, həllini tapa bilmir. Bunun üçün cihaz yoxdur. Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil. Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harda aktivliklərin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur" - deyə, Q.Yetirmişli qeyd edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!