Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“  - “O naşükür Bakıya gətirilməlidir!“
25 Sen 2021 11:15
153105

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ - “O naşükür Bakıya gətirilməlidir!“

“Sən Azərbaycan toylarından qazan, ye, iç, bir qəpik vergi ödəmə, altında maşının, evin-eşiyin olsun, sonra da ölkə haqda belə sözlər de”.

Bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) mühacir həyatı yaşayanlarla bağlı danışarkən deyib.

O, Almaniyada yaşayıb Azərbaycan xalqını tez-tez boykota çağıran müğənni Qismət Məmmədzadəni yada salıb. Tolik onu naşükür adlandırıb və bunu siyasi sığınacaq almaq məqsədilə etdiyini bildirib:

“Mən istəyərəm ki, xaricdə yaşayıb adını müxalifətçi qoyanların bir çoxu Azərbaycana gətirilsin. Müğənni Qismət (Qismət Məmmədzadə) hər kəsin yadındadır. Qismət Azərbaycanda pis dolanırdı? Toylara 7 min manata gedirdi, ayda da ən azı 15-20 toyu olurdu. Bəs o neylədi? Kiməsə aldandı, getdi, indi orada yataqxanada qalır. Ayda da 300-400 avro pul alır. Başladı ağzından çıxanı ölkə haqqında deməyə. Elə bildi ki, belə eləməklə Almaniya ona pasport verəcək. Belə insanlara naşükür deyirlər. Bu tip müğənnilər, başda Qismət Məmmədzadə olmaqla naşükürdürlər. Sən Azərbaycan toylarından qazan, ye, iç, bir qəpik vergi ödəmə, altında maşının, evin-eşiyin olsun, sonra da ölkə haqda belə sözlər de. Bunun adı nədir? Yalandan deyirlər, insanlar da inanır, elə bilirlər ölkədən gedəndə hər şey nağıllar aləmindəki kimi olacaq, çayın yerinə süd axacaq, ağaclardan da alma yerinə bulka sallanacaq. Xeyr! Heç də belə deyil. Bu ancaq nağıllarda olur, Almaniyada belə şey yoxdur”.

Əsmətxanım

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“  - “O naşükür Bakıya gətirilməlidir!“
  • Ulvi
    Ulvi
    Gor Qismetin dalinca kim daniwir ey
    22 days ago Cavab 0
  • elnur
    elnur
    bu tolike qulax asmyn orkede hakimyeti yola salmaq lazimdi i vsyo
    25 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər