Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir - RƏSMİ

Sosial

08 Dekabr 2022 16:48 612


"Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20 %-ni təşkil edir, yəni hər beş nəfərdən biri".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb: Dördpendirli pizza

"Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!