Azərbaycanda icra hakimiyyətləri   LƏĞV OLUNUR? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda icra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA

Siyasət

20 Fevral 2026 19:29 9212


“İcra hakimiyyətlərində aparılan ixtisarları strukturun tam ləğvi istiqamətində atılan addım kimi qiymətləndirmirəm. Daha çox görünən budur ki, məqsəd idarəetməni sadələşdirmək, mexanizmləri daha çevik etmək və büdcə xərclərini azaltmaqdır. Son illər bir sıra dövlət qurumlarında oxşar optimallaşdırma prosesləri gedir və bu da ümumi idarəçilik yanaşmasının tərkib hissəsidir. Ancaq bu addımların real nəticə verib-verməyəcəyi hələ sual altındadır. Strukturun “kağız üzərində” yüngülləşdirilməsi avtomatik olaraq xidmətin keyfiyyətinin artacağı demək deyil. Əsas məsələ idarəetmə mədəniyyətinin dəyişməsi, səlahiyyət bölgüsünün dəqiqləşməsi və məsuliyyət mexanizmlərinin işlək olmasıdır”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputatın sözlərinə görə, hazırkı sosial-iqtisadi şəraitdə kütləvi ixtisarların aparılması ciddi risk yaradır: “Bu qərarlar xeyli insanın işsiz qalmasına səbəb ola bilər. Bildiyim qədəri ilə, ixtisar olunan şəxslər üçün alternativ iş imkanları və ya yenidən yerləşdirmə mexanizmləri sistemli şəkildə təklif olunmur. Bu isə sosial gərginlik yarada biləcək məqamdır. Buna görə də optimallaşdırma yalnız xərci azaltmaq məntiqi ilə yox, insan faktorunu nəzərə alan, nəticəsi ölçülə bilən və sosial təsirləri əvvəlcədən hesablanmış bir islahat paketi kimi aparılmalıdır. Əks halda, struktur dəyişir, problem isə yerində qalır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHIM
    İCRA HAKİMİYYƏTİNİN DƏYİŞ MƏSİNİN HEÇ BİR ƏHƏMİYYƏTİ OLMAYACAQ YENƏ HƏMİN ƏQİDƏLİ RÜŞVƏTƏ MEYİLLİLƏR VƏZİFƏDƏ OLACAQLAR.
    3 months ago