Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

İqtisadiyyat

11 Avqust 2026 11:21 65


Azərbaycanda informasiya və rabitə sektorunda xidmətlərin həcmi ilin ilk 7 ayında artım nümayiş etdirib.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 2 milyard 378,6 milyon manat dəyərində informasiya və rabitə xidmətləri göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,4% çoxdur.

Hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi isə 76,818 milyard manat təşkil edib. İllik müqayisədə iqtisadi artım 1,4% olub. Dominos pizza

Yanvar-iyul aylarında neft-qaz sektorunda yaradılan əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manata düşüb. Qeyri-neft-qaz sektorunda isə əksinə, 2,2% artım qeydə alınıb və əlavə dəyər 53,901 milyard manat təşkil edib.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!