Azərbaycanda İran mağazaları bağlanacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda İran mağazaları bağlanacaq?

Sosial

12 Aprel 2023 16:10 1986


Son vaxtlar Azərbaycan-İran münasibətlərində gərginlik hökm sürür. 

İran tərəfinin törətdiyi təxribatlar bu gərginliyi daha da artırır. Siyasi qarşıdurma iki ölkənin iqtisadi əlaqələrinə də mənfi təsir göstərir. Belə ki, artıq Azərbaycan bazarlarında İran malları azalıb.

Mövcud şəraitdə İrandan Azərbaycana mal və məhsulların gətirilməsi dayandırıla bilərmi? Azərbaycanda İran mağazalarının bağlanacağı barədə fikirlər nə dərəcədə əsaslıdır? Dördpendirli pizza

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, İran əlaqələrin müsbət yöndə olmasında daha çox maraqlı olmalıdır:

“Bu gərginliyin birbaşa ticarətə təsiri olmamalıdır. Çünki həm Azərbaycan, həm də İran tərəfindən illərdir müəyyən planlar, iş əlaqələri qurmuş insanlar var. Azərbaycan bazarlarında hələ ki İran mallarına təlabat çoxdur. Burada əsas məntiqsizlik odur ki, daha çox İran bizə mal satırdı. Keçən il yarım milyard dollara yaxın ticarət dövriyyəsi olub. . İran bizə 460 milyon dollarlıq mal satıb. Biz isə onlara cəmi 40 miyon dollar civarında mal satmışıq Ona görə də İran Azərbaycanla daha yaxşı münasibətlərin olmasında maraqlı olmalı idi. Amma əksini görürük".

Ekspert qeyd edib ki, problemin əsas mənbəyi İran hökumətinin davranışlarıdır:

"Gərginlik İran tərəfindən qaynaqlanır. Bu da istər-istəməz ticarət dövriyyəsinə mənfi təsir edəcək. İrandan gələn məhsulların həcmi azalacaq. Belə olduqda onların qiymətində də müəyyən dəyişiklik olacaq. Azərbaycan bazarında bahalaşma müşahidə ediləcək. İndi Azərbaycanın iş insanları düşünməlidir ki, İran məhsullarını hansı ölkə ilə əvəz etsin (Pakistan və s.). Ölkəyə eyni malların gətirilməsinə çalışmaq lazımdır ki, bazarda boşluqlar yaranmasın və qiymət artımı baş verməsin". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!