Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb

Sosial

21 İyun 2023 13:15 613


Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev danışıb.

O bildirib: "Minimum əməkhaqqının artırılması gözəl addımdır. Amma bəlli səviyyədən sonra özəl sektor və biznes üzərində təzyiqə çevrilir. Buna dözməyən sahibkar işçi sayını azaltmağa məcbur qalır. Sosial hüquqlar qısamüddətli dövrdə işçini qoruyur, lakin uzun və orta müddətli dövrdə işçini gəlirdən, iş yerindən məhrum edir. Sezar pizza

Bu istiqamətdə yeni layihələr hazırlanıb. Həmkarlarla yeni istiqamətləri müzakirə edirik. Hesab edirəm ki, istiqamətlərdən biri də işəgötürən və işçi arasında balansın daha da düzgün təsbitinə həsr olunacaq. Hazırda müzakirələr yekunlaşmadığından müddəaları elan etmək istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!