Operativ Qərargahın bu gün keçirilən iclasında karantin rejiminin yumşaldılması ilə bağlı qəbul edilən qərarlar açıqlanıb.
Yenisabah.az xəbər verir ki, may ayının 31-dən etibarən bəzi qadağalar ləğv olunur.
Operativ Qərargahdan bildirilib ki, mayın 31-dən etibarən açıq havada maska taxmaqla bağlı qadağa ləğv edilir. Dördpendirli pizza
Həmçinin həmin tarixdən etibarən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.
İyunun 10-dan etibarən isə ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Həmin tarixdən qapalı məkanlarda fəaliyyət göstərən idman zallarının açılması da nəzərdə tutulur. Həmçinin iyunun 10-dan etibarən dini məkanlarda ibadətə icazə verilir.
Telegram kanalımız