Əməkdar artistlər Kubra Əliyeva və Gövhər Rzayeva Azərbaycandakı toy adətlərini tənqid ediblər.
Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, aparıcı Elgiz Əkbərin "Toy tortlarının qiyməti 20 min manatdır" sözünə münasibət bildirən aktrisa və musiqiçi bunu israfçılıq adlandırıb.
G. Rzayeva deyib: "İsrafçılıqdır. Allah bundan keçmir. Gedib ona desən, 100 manat ver, verməz. Amma gör nə oyun çıxardır. Harınlıqdır. Əvvəl toyda küftə-bozbaş verirdilər, bir də plov. İndi israfçılıq çoxdur". Marqarita pizza
K. Əliyeva isə bildirib: "Ərəb şeyxi qızının ad günündə torta 70 min pul verib. Bizimkilər də ondan götürüb. Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahıdır. Oxumur, işləmir, deyir, elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur, maşın bol, restoranlar dolu".
Telegram kanalımız