Azərbaycanda market işçisində koronavirus aşkarlandı, 45 əməkdaş karantinə alındı - Video
05 İyn 2020 22:05
1051

Azərbaycanda market işçisində koronavirus aşkarlandı, 45 əməkdaş karantinə alındı - Video

Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin bir işçisi koronavirusa yoluxub.

Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıblar.

Yenisabah.az xəbər verir ki, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər.

Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.

Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşları yenidən işə cəlb olunacaq.

Oxşar xəbərlər