Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər

Hadisə

14 Oktyabr 2026 11:58 282


Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.

“Yeni Sabah” Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.

Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib. Dominos pizza

Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.

Məhkəmələrin qərarı ilə həmin şəxslərin bir neçəsi 1 ay, 25 və 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!