Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb.
“Yeni Sabah” "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. Sezar pizza
İlkin məlumata görə, müğənninin bir müddət əvvəl ürəyində problem yaranıb.
Qeyd edək ki, Daşqın Eldarlı Gəncədə və ətraf bölgələrdə tanınan müğənnilərdən olub.
Telegram kanalımız