Azərbaycanda nadir quşları ovlayan ərəb sahibkar cəzalandırılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nadir quşları ovlayan ərəb sahibkar cəzalandırılacaq 

Sosial

19 Yanvar 2024 13:01 478


Xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan quşları ovlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə görüntüləri o, özünün “Instagram” platformasındakı hesabından paylaşıb. 

Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı “Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var.  Dördpendirli pizza

Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub. 

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. 

O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!