Azərbaycanda nə qədər insan yaşa görə pensiya alır? - STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nə qədər insan yaşa görə pensiya alır? - STATİSTİKA

Sosial

21 Mart 2024 11:20 727


2024-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 96,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub. pizza sifarişi

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılmışdır.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 128,3 min) nəfər, əlilliyə görə - 47,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 217,7 min (müvafiq olaraq 46,7 min və 209,5 min) nəfər, ailə başçısını itirməyə görə - 57, 2 min (56,1 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min (24,3 min) nəfər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!