Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

İqtisadiyyat

08 İyul 2026 14:35 861


Milli valyutanın nominalları müəyyən edilərkən təkcə iqtisadi deyil, həm də ciddi riyazi və psixoloji amillər əsas götürülür. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarının strukturu "1-2-5" prinsipinə (və ya binary-decimal sisteminə) söykənir. Bu sistem minimum sayda əsginasdan istifadə etməklə istənilən məbləği ən optimal və sürətli şəkildə formalaşdırmağa imkan verir. 

Görəsən, niyə milli pul vahidi arasında “3 manatlıq” yoxdur?

Azərbaycan Mərkəzi Bankıdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır: Sezar pizza

“Pul nişanlarımızın nominal strukturuna dəyişikliklərin edilməsi və yeni nominalın tədavülə buraxılması üzrə təkliflə bağlı bildiririk ki, Mərkəzi Bank ölkədə nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mütəmadi təhlillər həyata keçirir, dünya təcrübəsini yaxından izləyir və vətəndaşların fikirləri öyrənilir.

Mərkəzi Bank son dövrlərdə pul nişanlarımızın nominal strukturunun beynəlxalq metodologiya əsasında təhlilini həyata keçirmiş və mövcud nominal strukturun ölkədə nağd pul nişanlarının ödəniş vasitəsi kimi istifadəsində, hesablaşmalarda və eləcə də qiymətəmələgəlmədə öz aktuallığını qoruduğu müəyyən edilib.

Bu istiqamətdə aparılacaq gələcək qiymətləndirmələrdə vətəndaşların müraciətləri daim diqqətdə saxlanılacaq və məsələ ilə bağlı hər hansı dəyişikliklər olarsa bu barədə ölkə ictimaiyyəti müvafiq şəkildə məlumatlandırılacaqdır”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!