“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq”   - Mikayıl Cabbarov

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq” - Mikayıl Cabbarov

Sosial

05 Yanvar 2022 16:24 831


“Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr ola­caq”.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq. Toyuqlu pizza

Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir:

“Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır.

Möhtərəm Prezident İlham Əliye­vin rəhbərliyi ilə həyata keçirilən ye­ni iqtisadi inkişaf strategiyasının real­laşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!