2020-ci ildən başlayan Covid-19 bəlası ilə Azərbaycanda ölüm halları artıb. Həmin illə müqayisədə (75.647 nəfər) ötən 2019-cu ildə 55.916 nəfər, 2018-ci ildə isə 57.250 nəfər dünyasını dəyişib. Beləliklə, 2020-ci ildə ölkədə ölüm hallarının sayı illik müqayisədə 35% artıb.
75.647 nəfərdən 5.875-i yoluxucu xəstəliklərə görə vəfat edib. Bu göstəricini analoji səbəbdən ölənlərin sayının 662 nəfər olduğu 2019-cu illə müqayisə etsək, 8 dəfədən çox artım olduğunu aşkarlanır. Üstəlik yoluxucu xəstəliklərlə əlaqəli ölümlərdən 2.641-i sırf COVID-19-la bağlıdır.
Ölüm hallarının bu qədər çoxalması əhalinin təbii artımına necə təsir edir? Dördpendirli pizza
Həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında deyib:
“Təbiətin xüsusi qanunları olduğu kimi, virusun da xüsusi qanunları mövcuddur. Virus mutasiyaya uğradıqca öldürücülüyü azalır. Məsələn, koronavirusun əvvəlki ştamlarına nisbətən, “Delta” ştammının öldürücülüyü azdır.
Əhalinin artımına gəldikdə isə, bir müddət toylara icazə verilmədi, bu baxımdan artım azala bilər. Lakin virusun bu artıma heç bir təsiri yoxdur”.
Mehri Qurban
Telegram kanalımız