Azərbaycanda orqan transplantasiyası: “Ürəyimi başqasına necə verim?”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda orqan transplantasiyası: “Ürəyimi başqasına necə verim?”

Sosial

29 İyun 2022 15:00 1180


Bütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş, məşhur şəxslərə qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. 

Xatırladaq ki, Azərbaycanda da millət vəkili Qənirə Paşayeva öz orqanlarının bağışlanmasını vəsiyyət edib.

Bəs görəsən, bu ənənə ölkəmizdə niyə yayğın deyil? Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov qeyd edib ki, ölkəmizdə orqan transplantasiyası həyata keçirilmir:

“Orqan vəsiyyətinin yayılması üçün birinci orqan transplantasiyası həyata keçirilməlidir. Hələlik bizdə orqan köçürmə əməliyyatları arxa plandadır. Bizim ölkəmizdə orqan köçürmək mümkün deyil, o şərait yoxdur. Tək-tək, orda-burda bəzi orqanları köçürə bilirlər, o da nə qədər müvəffəqiyyət qazanır məlum deyil. Ona görə də gərək əvvəlcə bu əməliyyat həyata keçirilsin ki, kimsə də vəsiyyət etsin”. 

Həkim qeyd edib ki, hər insanın orqanı başqalarına köçürülə bilməz:

“Bu transplantasiya da hər kəsə aid deyil. Məsələn, mənim xeyli yaşım var. Mən ürəyimi başqasına necə verim? Onsuz da mənim ürəyim illərdir yaşayır. Bunu cavanlar edə bilər. Onlar vəsiyyət edə bilərlər. Qəzaya düşənlər, qəfil dünyasını cavan yaşda dəyişənlərin orqanlarını köçürmək lazımdır. Yaşlıların orqanını köçürsələr də xeyri olmayacaq, o onsuz da ömrünü yaşayıb. Orqan köçürməsi bizdə müvəffəqiyyət  qazanmır. Çox cüzi miqdarda bu əməliyyatlar həyata keçirilir. Hərdən böyrək, hərdən də qaraciyər köçürürlər. Bunun da nəticəsi var. Ya yox heç bilmirəm”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!