Azərbaycanda ötən ay 17 min nəfər işlə təmin edilib 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ötən ay 17 min nəfər işlə təmin edilib 

Sosial

16 Fevral 2024 17:30 684


Yanvar ayında 17 min nəfər işlə təmin edilib. 

Bu barədə Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. 

Qeyd edilib ki, agentlik tərəfindən bu ilin yanvar ayında 33 mindən artıq şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 17 min nəfəri işlə təmin edilib. 476 nəfər işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib.  Pepperoni pizza

Digər bir istiqamət olaraq 15 540 şəxsə peşəyönümlü xidmətlər göstərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!