Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar
21 Sen 2021 19:48
1100

Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" opera tamaşası keçirilir.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycanda pandemiya şəraitində teatr səhnəsində nümayiş olunan ilk tamaşadır.

Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edirlər. Tamaşada həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak edirlər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edir.

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdirilib./Report

Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar
Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar
Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar
Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunur - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər