Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Sosial

05 May 2024 10:39 22416


Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. 

“Yeni Sabah”ın məlumatına görə, deputat Vüqar Bayramov da məsələ ilə bağlı açıqlama verib. 

O qeyd edib ki, Milli Məclisə etdiyi təkliflərdən biri də qadınlarla kişilərin pensiya yaşında diferensial yanaşmanın tətbiq edilməsi ilə bağlıdır: "Biz qadınların daha tez pensiyaya çıxmasını təklif edirik. Əvvəlki illərdə də təklifimiz bu olub ki, qadınların pensiya yaşı 63 yaşda saxlanılsın. Bununla qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin.  Pepperoni pizza

Nəzərə almaq lazımdır ki, bu praktika bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində tətbiq olunur. Oxşar təcrübənin ölkəmizdə də tətbiqi məqsədəuyğun olardı. Qadınların pensiya yaşında, nisbətən yaşlı dövlərdə daha çox sosial təminata ehtiyacı var. Buna görə, diferensial yanaşmanın tətbiq edilməsi və kişilərlə müqayisədə qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!