Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkələrinə yola salınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dağıstanın Milli Siyasət və Dini İşlər naziri vəzifəsini icra edən Enrik Müslümov bildirib.
"Bu gün Azərbaycanın Dağıstanla dövlət sərhədindən 272 Rusiya vətəndaşını qəbul etdik. Onlar iki həftə boyunca təcrid olunacaq", nazir bildirib. Marqarita pizza
O deyib ki, gələnlər arasında Dağıstan sakinləri var və onlar evlərinə göndərilib. Bu şəxslər yaşadıqları yerdə özlərini izolyasiya edəcək.
Qeyd edək ki, Azərbaycan hər iki ölkədə koronavirusa yoluxanların sayının artması səbəbindən 2021-ci il martın 1-dək Rusiya ilə quru sərhədini bağlayıb. /APA
Telegram kanalımız