Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq? - AÇIQLAMA

Sosial

09 Mart 2022 08:27 6846


Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlnılıb ki, bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb.

Sosial şəbəkərdə də apardığımız müşahidələr onu göstərir ki, insanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar.

Həkim-radioloq Aydın Əliyev də "Xəzər Xəbər"ə açıqlamasında maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib. pizza hut

Onun fikrincə də, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır. Bundan əlavə, Aydın Əliyev maska qadağası ilə bağlı dünya təcrübəsini misal çəkib. O, Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb.

Qeyd edək ki, yumşaldılma ilə əlaqədar qərara əsasən, dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!