Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb

Sosial

27 Sentyabr 2023 17:12 600


Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.

Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir: "Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür". pizza sifarişi

Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb: "Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!