Azərbaycanda qüvvəyə minən yeni qayda nələri dəyişəcək?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qüvvəyə minən yeni qayda nələri dəyişəcək?

İqtisadiyyat

13 Oktyabr 2026 10:12 123


Azərbaycanda yerli spirtli içki istehsalçılarının rüsumsuz ticarət mağazalarına (“Duty-Free”) təqdim etdiyi məhsullar üçün ƏDV və aksiz vergisi tətbiqində yeni qayda qüvvəyə minib.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, bu növ əməliyyatlar artıq sıfır (0) faiz dərəcəsi ilə vergiləndirilir.

Məlumata görə, 2026-cı il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən rüsumsuz ticarət mağazalarına təqdim olunan mallara görə ümumi qaydada ƏDV və aksiz vergisi hesablanaraq dövlət büdcəsinə ödənilirdi. Lakin Vergi Məcəlləsinin 165.1.3-cü və 187-ci maddələrinə edilən yenilikdən sonra ölkə ərazisində istehsal olunan və rüsumsuz ticarət mağazalarında satılması üçün xüsusi nişanı olan aksizli malların, o cümlədən spirtli içkilərin təqdim edilməsi həm ƏDV, həm də aksiz vergisi üzrə 0 dərəcəyə cəlb olunur. Toyuqlu pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!